Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçirib –FOTO

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçiriblər.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, MN-in təşkilatçılığı ilə keçirilən səfərdə nümayəndələrə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ətraflı məlumat verilib.

Əvvəlki məqalə

Putin Paşinynla Naxçıvana gedəcək dəmir yolunu müzakirə edib

Sonrakı məqalə

Ukraynaya 18 milyard avro ayrılacaq-