“Xeyir ola, kasıb vergi ödəyir, varlı niyə ödəmir?” –Ekspert "villa və bankdakı pullardan yüksək vergi tutulmalıdır" dedi

“Vergi sisteminə yenidən baxılmalıdır. Varlılar daha çox vergi ödəməlidir. Varlıların torpaqlarından və malikanələrindən yüksək vergilər tutulmalıdır”.
Azpost.info bildirir ki, bu sözləri bank üzrə tanınmış ekspert  Əkrəm Həsənov Meta-da yazıb.
Ə.Həsənovun sözlərinə görə, fevralın 1-də Vergi Məcəlləsinin 102.1.22-ci maddəsi ilə əmanətlər üzrə faiz gəlirinin 7 il müddətinə (2016-cı ildən) vergidən azad olunması haqda müddəası qüvvəsini itirəcək. Həmin gəlir üzrə Məcəllənin 123-cü maddəsinə əsasən 10% vergi tutulacaq:  “Bu gün manat əmanətçiləri banklardan təxmini 10% illik gəlir götürürlər. Vergi ödədikləri halda 10% deyil, 9% gəlir əldə edəcəklər. Əslində 10% vergi azdır, heç olmasa 20% tutmaq lazımdır”.
“İllər boyu əmanətçilərin faiz gəliri üzrə vergi ödəməməsinin özü düzgün deyildi. Necə olur ki, kasıb vətəndaş gəliri üzrə 14%, xərci üzrə 18% (ƏDV), üstəlik əmlak və torpaq vergisi ödəyir, amma artıq pulu olan əmanətçi 10%-lik vergini ödəmir? Ailələr var ki, banklarda milyonlarla vəsait saxlayır. Xeyir ola vergi vermirlər?“-deyə Ə.Həsənov narazılığını bildirib.
Ekspertin sözlərinə görə, kasıbın daxması və zənginin villasından eyni verginin tutulması ədalətsizlikdir Ə.Həsənov deyib ki, varlılardan toplanılan verginin ilk təyinat yeri kasıblara uşaq pulunun verilməsi ola bilər.
Azpost.info
Əvvəlki məqalə

“Sədərək” Ticarət Mərkəzi qəsdən yandırılıb –

Sonrakı məqalə

Prezident Laçın yolunda etiraz aksiyasını keçirənlərə dəstək verdi: