Xırdalan bazarında qətl törədilib

31 May 2021 - 10:02

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Hadisə Xırdalan şəhərində bazarda qeydə alınıb. Belə ki, orada fəhlə işləyən şəxs münaqişə zəminində qətlə yetirilib. Hələlik şəxsiyyəti məlum olmayan şəxsə 7 bıçaq zərbəsi vurulub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)