Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb.
APA xəbər verir ki, hadisə dünən axşam saatlarında Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində mənzildəda qeydə alınıb.
İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Tərlan İbrahimov 1978-ci il təvəllüdlü arvadı Günəş İbrahimovaya bıçaqla xəsarət yetirib, daha sonra özünə xəsarət yetirərək öldürüb.
Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.