Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Xırdalan şəhərində, 2 saylı orta məktəbdə 2002-ci il təvəllüdlü Seyidov Xalid Namiq oğlu naməlum şəxslərlə mübahidə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)