Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub –Dağıntı altında qalan bir qadın axtarılır

Abşeron rayonu Xırdalan şəhərində binada baş vermiş partlayış nəticəsində dağıntılar altından çıxarılanların adları məlum olub.

Bunlar aşağıdakılardır:

– Musayeva Ziyafət Qafar qızı;

– Musayev Vüsal Firudin oğlu;

– Musayev Firudin Vüsal oğlu, 2009-cu il təvəllüdlü;

– Musayeva Fatimə Vüsal qızı, 2012-ci il təvəllüdlü;

– Gözəl Səmədova;

– Əliyev Emil Arif oğlu;

– Hüseynov Arif Əbülfət oğlu;

– Ələzova Simayə Mövlud qızı;

– Şükürzadə Xədicə Bəxtiyar qızı.

Hadisə yerində olan Təcili Tibbi Yardım xidməti əməkdaşlarının verdiyi məlumata görə, ümumilikdə hadisə bağlı 9 nəfər müraciət edib.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının axtarışları aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabardır”

Sonrakı məqalə

Xırdalandakı partlayışda bir qadın dağıntılar altında qalaraq ölüb