Xızıda məktəb direktorunun ölümü ilə bağlı AÇIQLAMA

Abşeron-Xızı Regional Təhsil İdarəsi Xızıda məktəb direktorunun meyitinin işlədiyi məktəbdən tapılması ilə bağlı məlumat yayıb.

AzPost xəbər verir ki, məlumatda bildirilir:

“29 dekabr 2024-cü il tarixində, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Təhsil müəssisəsinin direktoru Fazil Məmmədovun vəfatı ilə bağlı ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.