Xızıda selin dərəyə atdığı avtomobildən 2 qadın xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 nəfər qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib.

FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.