Bakının Yasamal rayonu ərazisində, Xocahəsən gölü yaxınlığında baş verən yanğın söndürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
Qeyd edək ki, Bakının Yasamal rayonu ərazisində, Xocahəsən gölü yaxınlığında yanğın baş verib.
APA -nın xəbərinə görə, hadisə yerinə çoxsaylı Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının miqyası və səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.