Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilir – SİYAHI

Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.

Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutan vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kütləvi məzarlıqda qalıqları aşkarlanan 7 nəfərin nəşi Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.

Dəfn olunacaq şəxslər aşağıdakılar:

1. Əliyev Ağaəli Naib oğlu – Təvəllüdü: 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

5. Cavadov Əli Müsül oğlu – 15.06.1954-cü il

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952.

Əvvəlki məqalə

Mehriban Əliyeva Soyqırım Günü ilə bağlı paylaşım edib

Sonrakı məqalə

TikTok-da yayılmış saxta müharibə və şəhid xəbəri ilə bağlı tədbirlər görülür –