Xocalıda prezident seçkiləri ilə bağlı ilk dəfə səsvermə keçirilir

İşğaldan azad edilmiş Xocalı şəhərində ilk dəfə olaraq seçki keçirilir.

Bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də vətəndaşların rahat səs vermələri üçün hər cür şərait yaradılıb.

30 ildən sonra Xocalıda seçki məntəqəsi fəaliyyət göstərir.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 saylı seçki məntəqəsində də seçki fəallığı müşahidə edilir.

Xocalıda vətəndaşlar məntəqəyə gələrək öz namizədlərinə səs verirlər.(APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.