Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb, yaralılar var-FOTO

Xocavənd rayonunda mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb.

Hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb.

Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Beş Bakı məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib

Sonrakı məqalə

MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib