Xocavənddəki Amaras monastırı Azərbaycan ordusunun nəzarətinə keçib

Xocavənd rayonu ərazisində yerləşən Amaras monastırı Azərbyacan ordusunun nəzarətinə keçib. 

Azpost.info bildirir ki, bu barədə Ermənistanın “Ölkə üçün həyat” partiyasının təsisçisi Mesrop Arakelyan bildirib.

O Qarabağda vəziyyətin çox gərgin olduğunu və Xankəndində elektrikin olmadığını yazıb.

Qədim Alban məbədi olan Amaras  2020-ci il noyabrın 9-da imalanmış saziş nəticəsində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında qalırdı. Rus sülhməramlıları monastırı ziyarət edən Xankəndindən gələn erməni zəvvarlarını müşayiət edirdi.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.