“Xruşşokva” binalarının istismar müddətinin bitdiyi elan edilib

Rusiyada sovet rəhbəri Nikita Xruşşovun dövrünə aid binaların istismar müddətinin bitdiyi elan edilib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının analitikləri hesabat hazırlayıb.

Ölkənin mənzil fondunun təxminən 6,5%-nin (demək olar ki, hər 15-ci ev) 66 faizdn çoxu köhnəlib. “Xruşşovka” adlanan bu cür binalarda əsaslı təmir işləri rəsmi olaraq iqtisadi cəhətdən mümkün deyil.

Rusiya Elmlər Akademiyasının analitiklərinin fikrincə, dərhal istismardan çıxarılması tələb olunan mənzillərin həcmi 54 milyon kvadratmetrə qədər, 2040-cı ilə qədər bu rəqəm 216 milyon kvadratmetrə çatacaq.

Bu evlər 1960-cı ilin əvvəli SSRİ dönəmində adını Nikita Xruşşovdan alan və Sovet hökumətinin göstərişləri ilə aşağı qiymətə inşa edilib. Bunlar dəmir-beton və ya kərpicdən tikilmiş üç-beş mərtəbəli mənzillərdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.