“Xudat xəstəxanasının vəziyyəti qənaətbəxş deyil”

- Dövlət Agentliyi
06 Fevral 2020 - 16:33

“Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında əsassız məlumatlar yayılıb”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Agentliyin nümayəndələri tərəfindən Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi barədə qərar qəbul olunub. Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmayıb. Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əməkhaqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib”.