Ədliyyə Nazirliyi “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası”nı təsdiq edib.
AzPost bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin Kollegiyası qərar verib.
Bu Qayda “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən hazırlanıb və xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydasını müəyyən edir.