Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

16 İyun 2021 - 10:45

May ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,2 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən Azpost.info-ya bildirilib ki, bunun 97 min nəfərdən çoxu yaşa görə, 16,7 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çox isə ailə başçısını itirməyə görə əmək pensiya alanlardır.