Xəzər dənizində zəlzələ baş verib

Sentyabrın 14-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yerli vaxtla saat 13:06-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

Zəlzələnin ocağı 67 kilometr dərinlikdə yerləşib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.