“Ya kimliyimizi qorumalı, ya Qərbə tabe olmalıyıq”- PATRUŞEV seçim etməyə çağırdı

“Bütün dünya ölkələri seçim etməlidir – seçim azadlığını müdafiə etmək və ya Qərbə tabe olmaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Venesuelaya işgüzar səfəri zamanı deyib.

Patruşevin sözlərinə görə, indi bütün suveren dövlətlər həqiqət anını yaşayır: “Biz seçim etməliyik – inkişaf yolunu, dəyərlərimizi və kimliyimizi seçmək azadlığını müdafiə etmək və ya ABŞ-ın rəhbərlik etdiyi qondarma kollektiv Qərbin diktəsinə tabe olmaq”.

Patruşev qeyd edib ki, bu baxımdan Rusiya Venesuelaya göstərdiyi dəstəyə görə səmimi minnətdardır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.