Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“Yadplanetlilərə” bənzəyən naməlum və qorxunc balıq tapıldı

User 11 Noyabr 2024 - 08:54 (Last updated: 21 May 2025 - 20:15)
balıq namemlum

İxtioloqlar çaşqınlıq içindədirlər. Alimlər, təbiətdə təkamülü öyrənən tədqiqatçılar Sakit okeanın sahilində çoxlu dişləri olan vəhşi, ölü balıq qalıqlarını görüblər. Elmə məlum olmayan bu qorxulu su canlısının çənəsindəki bir neçə cərgədə düzülmüş iti, uzun dişlər görənləri təəccübləndirib.

Azpost.info bildirir ki, Kendra Lakou, Kanadada, yəni Britaniya Kolumbiyasının Vankuver adasının cənub ucunda yerləşən Xuan de Fukada, Sakit okeanı boğazındakı qayalıqlardan ibarət adaların birində ekoloq, eləcə də mayak baxıcısıdır. Kendranın yaşadığı və işlədiyi ada əslində Reys Roksun qorunduğu bu okean ərazisinin bir hissəsi hesab olunur.
Buranı tədqiq edən ekoloqun sözlərinə görə, hətta hər gün qağayılar və müxtəlif növlərdən olan digər quşlar bu qayalarda onun üçün çox sayda sürprizlər buraxıb gedirlər. Lakou bildirib ki, bu tapıntıların içərisində dəniz ulduzları, digər balıqlar, müxtəlif növ mollyuskalar da var.

Kendra Lakounun oktyabrın 26-da səhər gəzintisi zamanı qəfildən rastlaşdığı canlı və etdiyi kəşf onu həqiqətən də çaşdırıb. Ekoloq sahilə yaxın qayaların arasındakı ərazilərdə düşüb qalan, inanılmaz sayda iti dişləri olan balıq qalıqlarını görəndən sonra yeni su canlısını tapdığını anlayıb.
Kendra deyir: “Gördüyümə heyrət içində baxırdım. Mən indiyədək heç bir canlıda bu qədər çox diş görməmişdim”.

O, qəribə balıqların fotolarını çəkib, daha sonra isə həmin şəkillərin hamısını sosial şəbəkələrdə yerləşdirib. Bununla da, elm adamı kimi onu izləyənlərə öz məqsədini açıqlayan Kendra Lakou istifadəçilərdən xahiş edib ki, qorxunc su canlısının hansı növə aid olduğunu müəyyən etmək üçün ona köməklik göstərsinlər. Bəziləri bunun Dişli Yaşıllıq balığı ola biləcəyini, bəziləri isə vəhşi görünüşlü balığın yadplanetliyə bənzədiyi ehtimalını irəli sürüblər.

Kendranın çəkdiyi bu fotoşəkilləri tədqiq edən ixtioloq, alim Maria Korntueyt belə bir nəticəyə gəlib ki, balıqların hansı növ olduğunu müəyyən etmək çox çətindir. O bildirib ki, nadir nümunə hətta öz əlində olsa belə, hər hansı bir yolla bunu aydın etmək mümkün deyil, çünki “Yadplanetli” olduğu deyilən balığın başının, eləcə də gövdə hissəsinin cüzi parçası qalıb.

Bu günün özündə belə ətraflı araşdırılan, indiyə qədər də davam edən çox qızğın elmi mübahisələrə və fikir müxtəlifliyinə baxmayaraq, ixtioloq Maria Korntueyt ilk dəfə üzə çıxan nadir canlının qalıqlarının növünün müəyyən etdiyinə inanır.

Korntueyt, Britaniya Kolumbiyası adaları sahillərində məskən salan və həmçinin də “Coryphaenoides” cinsinə aid olub suyun dərinliyində yaşayan bu canlının bir balıq qrupunun üzvü ola biləcəyini söyləyib. O, yeni tapılmış iti dişli, vəhşi balıq növünü də məhz “Coryphaenoides” adlandırmağı təklif edib.

Oqtay Qorçu

Post navigation

Previous: Tramp Putinə zəng vurdu, Ukraynanı müzakirə etdilər
Next: Alimləri təəcübləndirən ikinci Ay kosmosa qayıdır

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.