Yağış Gənc Tamaşaçılar Teatrının səhnəsini pərdəsiz qoyub

Gənc Tamaşaçılar Teatrının səhnəsinin əsas pərdəsi yoxdur. 
AzPost bildirir ki, bu barədə xalq artisti Yasin Qarayev paylaşımında bildirib.
Onun sözlərinə görə, pandemiya zamanında yağan güclü yağış və qar səbəbindən teatrın tavanı bərbad hala düsüb. Bu isə teatrın baş pərdəsini, səhnə göşəməsini və tamaşaçı salonunu yararsız vəziyyətə salıb.
“İşə başlamaq icazəsi olandan sonra imkan dairəsində səhnə, tamaşaçı salonu təmir olundu. Lakin günü bu ğünə kimi Teatrımız baş pərdəsiz qalıb”- deyə Y.Qarayev vurğulayıb.
Xalq artisti Səbail rayonunun imkanlı təşkilatlarından teatra bu məsələdə yardım etməyə çağırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.