Yağış sularının idarə olunması ilə bağlı ekspertlərin görüşü keçirilib

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda hidrotəhlükəsizlik çağırışları” layihəsinin icrasını davam edir. Layihənin əsas  məqsədi Ölkədə su təhlükəsizliyinin qorunması, onun dayanıqlığının artırılması və bu sahədə müasir idarəetmə sisteminin qurulmasıdır. 

Layihə çərçivəsində layihə rəhbəri Ramil Göyüşov və layihə ekspertlərinin iştirakı ilə Bakıda görüş baş tutmuşdur. Görüşdə Sentyabr və oktyabr aylarında Qazax və Tovuz alı təhsil və peşə təhsili müəssisələrində ölkənin müxtəlif regionlarından təhsil alan gənclər üçün iqlim dəyişikliyi, COP29 nəticələri, sudan səmərəli istifadə mövzularında təşkil ediləcək təlimlərin mövzuları və qrafikləri müzakirə olundu.

Ümumilikdə 6 belə maarifləndirmə tədbirinin keçirilməsi planlaşdırılıb. Ekspert qrupu “Yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsinə dəstək” adlı araşdırma sənədinin ilkin mündəracatını müzakirə edərək növbəti müddət üçün iş bölgüsünü apardılar. Bu hesabatda yağış sularının istifadəsi üzrə qabaqcıl modellər öz əksini tapacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.