“Yahoo” şirkəti “Google Chrome”un alınmasında maraqlıdır

Yahoo
Yahoo

Amerika məhkəməsi antiinhisar işi çərçivəsində “Google” şirkətini “Chrome” brauzerindən imtina etməyə məcbur edərsə, ABŞ-ın “Yahoo” şirkəti bu məhsulu almağa hazırdır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Chrome” bəlkə də internetdə ən mühüm strateji oyunçudur,” – deyə “Yahoo Search” axtarış sisteminin baş meneceri Brayan Provost bildirib.

Onun sözlərinə görə, “Chrome” brauzerinin dəyəri on milyardlarla dollarla ölçülür.

Provost əlavə edib ki, “Yahoo” hazırda öz brauzerini hazırlayır, lakin hazır bir məhsulu satın alma imkanını da nəzərdən keçirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.