Rusiya İranın Buşehr Atom Elektrik Stansiyasının yaxınlığında baş verən hücumla bağlı bəyanat verib.
Azpost.info bildirir ki, XİN-in bəyanatı da deyilir ki, ABŞ Prezidenti Donald Trampın 23 martda İranın enerji infrastrukturuna hücumlarda beş günlük fasilə verdiyinə dair zəmanətlərinə baxmayaraq, 24 martda Buşehr Atom Elektrik Stansiyasının fəaliyyətdə olan 1-ci blokunun yaxınlığında yeni, son dərəcə təhlükəli bir hücum həyata keçirilib.
“Bu dağıdıcı kursun ehtiyatsız, məsuliyyətsiz təzahürü bizi son dərəcə hiddətləndirir. Görünür, təcavüzkarlar qəsdən bölgədə genişmiqyaslı nüvə fəlakəti yaratmağa çalışırlar”.-deyə bəyanatda vurğulanır.
XİN-nin açıqlamasında deyilir ki, Buşehr Atom Elektrik Stansiyasına zərbə geridönməz humanitar və ekoloji nəticələrə səbəb olacaq: “Yalnız möcüzə sayəsində faciə hələ baş verməyib. Lakin zərbələr fəaliyyətdə olan enerji blokuna getdikcə yaxınlaşır. Rusiyalı mütəxəssislər də daxil olmaqla, stansiyanın işçilərinin həyatı daim təhlükə altındadır. Bu, bizim üçün qəti şəkildə qəbuledilməzdir”.
“Biz İrana məsuliyyətsiz və səbəbsiz təcavüzü, o cümlədən İranın nüvə enerjisi infrastrukturuna, eləcə də onun yaxınlığında yerləşən obyektlərə zərbələri dayandırmalarını tələb edirik. Biz MAQATE-dən, BMT-dən və onların rəhbərliyindən bu cür hücumların qarşısını almaq üçün aydın, birmənalı mövqe və qətiyyətli hərəkət gözləyirik”-deyə XİN bəyanatıda bildirilir.