Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Yanğın tüstüsü immun sistemində zərərli dəyişikliklər yaradır

User 02 İyul 2025 - 11:23 (Last updated: 02 İyul 2025 - 08:06)
ciyerler

Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri tərəfindən aparılan yeni tədqiqat göstərib ki, meşə və struktur yanğınlarından yaranan tüstü sağlam fərdlərdə belə immun sistemində ciddi və davamlı dəyişikliklərə səbəb ola bilər.

AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

Professor Kari Nadeau və Dr. Con Rokun rəhbərliyi ilə aparılan bu araşdırma yanğın tüstüsünün təkcə tənəffüs və ürək-damar sağlamlığına deyil, eyni zamanda, immun sisteminə də hüceyrə səviyyəsində təsir etdiyini sübuta yetirir. Tədqiqatçılar tüstüyə məruz qalan və qalmayan, sağlam, immunomodulyator dərmanlar qəbul etməyən iki qrup yetkinin qan nümunələrini müqayisə ediblər. Tədqiqatda 31 nəfər tüstüyə məruz qalan (yanğınsöndürənlər və mülki şəxslər) və 29 nəfər məruz qalmayan şəxslər iştirak ediblər.

Tüstüyə məruz qalan şəxslərdə yaddaş CD8+ T hüceyrələrində və kemokin reseptor biomarkerlərində artım aşkarlanıb. Bu hüceyrələr iltihab və immun reaksiyalarla birbaşa əlaqəlidir. Eyni zamanda tüstüyə məruz qalan şəxslərdə allergiya və astma ilə bağlı 133 gen ifadəsində dəyişikliklər müşahidə olunub. Əlavə olaraq, bu şəxslərin immun hüceyrələrində civə və kadmium kimi zəhərli metallar aşkarlanıb.

Baş tədqiqatçı Meri Consonun sözlərinə görə, bu nəticələr immun sisteminin yanğın tüstüsü kimi ətraf mühit faktorlarına nə dərəcədə həssas olduğunu sübut edir.

Tədqiqat, həmçinin ətraf mühitin çirklənməsi ilə bağlı ictimai səhiyyə siyasətinin formalaşdırılmasına töhfə verə bilər.

Araşdırma ABŞ-ın müxtəlif elmi fondları, o cümlədən Ətraf Mühitin Sağlamlığı Elmləri Milli İnstitutu, Ürək, Ağciyər və Qan İnstitutu və Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu tərəfindən maliyyələşdirilib.

AzPost.az

Post navigation

Previous: Pentaqon Kiyevə daha “Patriot” və “Stinger” raketləri göndərmir
Next: Səki yoxsa ticarət köşkü?

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.