Yanğınla bağlı 50-ə yaxın pasiyent təxliyə edilib-- Bir nəfər tüstüdən zəhərlənib /TƏBİB

Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

Bu barədə TƏBİB məlumat yayıb.

“Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb”, – deyə vurğulanıb.

Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

“1 nəfər – Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək”, – deyə qurumun məlumatında vurğulanıb.

Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 12 briqadası hadisə yerinə cəlb olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.