Yango-nun çatdırılma xidmətindən şikayət- Qiymətlər kəskin artıb

Vətəndaşlar Yango çatdırılma xidmətindən narazıdır. Səbəb isə şirkətin qısa müddət ərzində xidmət haqlarını dəfələrlə artırmasıdır.

AzPost-a müraciət edən şikayətçi qeyd edir ki, xidmət ilk fəaliyyətə başlayanda çatdırılma haqqı 0 manat idi. Lakin hazırda bu məbləğ 4-6 manat arasında dəyişir. Bundan əlavə, şirkət 2 manat da əlavə xidmət haqqı tutur.

“Əgər nahara 10-12 manatlıq yemək sifariş etsən, onun qədər də şirkətə əlavə pul ödəməli olursan. Bu, müştərilərin cibinə ciddi yükdür. Xidmət haqqı yeməyin qiyməti ilə bərabərləşib”, – deyə şikayətçi bildirir.

Müştərilər hesab edirlər ki, bu qiymət siyasəti ədalətsizdir və çatdırılma xidmətindən istifadəni çətinləşdirir. Onlar aidiyyəti qurumların məsələyə diqqət yetirməsini istəyirlər.

AzPost qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.