Yanukoviçin oğlu biznesini Rusiyanın yurisdiksiyasına keçirib

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr biznesini Rusiya yurisdiksiyasına keçirib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin məlumatlarından məlum olur ki, indi “MAKO Holdinq” və onun strukturları Donetskdə, Artem küçəsində qeydiyyatdadır.

Yanvarın 17-də şirkət Rusiya hüquqi şəxslərin reyestrinə məlumatların daxil edilməsi üçün Donetsk “Xalq Respublikası” üzrə 1 saylı Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyinə ərizə təqdim edib. Bundan əvvəl “MAKO Holdinq” rəsmi olaraq Kramatorskda yerləşirdi, yəni Kiyevin yurisdiksiyasında idi.

“MAKO Holdinq” Ukrayna bazarına 2006-cı ildə daxil olub. Şirkət tikinti, ofis, mehmanxana və digər daşınmaz əmlak növlərinin idarə edilməsi, həmçinin kömür və sənaye avadanlıqlarının satışı ilə məşğuldur.

2019-cu ilin mart ayından “MAKO Holding” Avropa İttifaqı və ABŞ-ın sanksiyaları altındadır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.