Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar ayı ərzində 24 min 101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Bildirilib ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19,3 faiz çoxdur.
Aylıq göstəricinin 4101-i (17,02 faizi) ilkin, 20 mini (82,98 faizi) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3798-i fərdi yaşayış və bağ evi, 6835-i mənzil, 12 min 534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır.
Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.