Yanvarın 24-də maqnit qasırğası gözlənilir

Yanvarın 24-də Yer kürəsində maqnit qasırğası gözlənilir. 

AzPost bildirir ki, bu barədə  Günəş Astronomiyası Laboratoriyası (İKI RAS və ISTP SB RAS) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, alimlərin bir gün əvvəl qeydə aldığı günəş partlayışından sonra Yer kürəsində maqnit qasırğası gözlənilir.

“Plazma buluduna maddə əlavə edən kiçik bir qabarıqlıq atıldı. Sürət aşağı olduğundan şərti olaraq cümə günü qasırğa hiss olunacaq”, – nəşr olunan hesabatda deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.