YAP İdarə Heyətinin iclası keçirilir –

Ramiz Göyüşovun partiyadan çıxarılması məsələsinə baxılır
10 Sentyabr 2021 - 15:19

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.

İclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyadan xaric edilməsi məsələsinə baxılır.

İclasın gündəliyinə YAP-ın Bakı rayon təşkilatının sədrlərinin təyinatı məsələsi də daxildir.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.