YAP İdarə Heyətinin iclası keçirilir –Ramiz Göyüşovun partiyadan çıxarılması məsələsinə baxılır

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.

İclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyadan xaric edilməsi məsələsinə baxılır.

İclasın gündəliyinə YAP-ın Bakı rayon təşkilatının sədrlərinin təyinatı məsələsi də daxildir.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran-Azərbaycan sərhədini pozan şəxslərə atəş açılıb –

Sonrakı məqalə

11 rayon mərkəzi xəstəxanası ilə diaqnostika mərkəzləri birləşdiriləcək –