YAP MSK-a üzvlüyünə namizədlərinin adları məlum oldu –

SİYAHI (YENİLƏNİB)
23 Aprel 2021 - 15:20

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri məlum olub.

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında hakim partiyadan MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) və Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müəyyənləşib.

**

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşməsi məsələsi müzakirə edilir.

YAP İdarə Heyətinin bu gün keçirilən iclasında parlamentdə çoxluq təşkil edən hakim partiyanın MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) və Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müzakirə olunur. (APA)