YAP prezidentliyə namizədənin adını açıqladıYENİLƏNİB

Bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyini açıqlayıb. Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanıldığını nəzərə çatdırıb: “İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanılıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”.

YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qərar qəbul ediləcək.

Tədbirdə YAP İdarə Heyətinin üzvləri –Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan danışıblar.

Çıxışlardan sonra səsvermə keçirilib və İlham Əliyevin 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi dəstəklənib.

Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə növbədənkənar seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Partiyanın seçki Qərargahının yaradılması barədə də qərar səsverməyə çıxarılaraq təsdiqlənib.

Bununla da iclas yekunlaşıb.

 

**

Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.