Yaponiyada 2021-ci il üçün doğum səviyyəsində növbəti antirekord qeydə alınıb.
Azpost.info xəbər verir ki, bu, ölkədə demoqrafik vəziyyətin monitorinqinə başlandıqdan sonra qeydə alınan göstəricidir.
Rəqəmləri Yaponiya Səhiyyə Nazirliyi açıqlayıb.
Belə ki, ötən il təxminən 811 min körpə doğulub ki, bu da 2020-ci illə müqayisədə 29 min körpə azdır. İllik göstərici hər yapon qadına 1,3 uşaq təşkil edib ki, bu da ötən illə müqayisədə 0,03 bənd aşağıdır.
Bu, İkinci dünya müharibəsinin bitməsindən bəri ən aşağı səviyyədədir. Səhiyyə Nazirliyinin proqnozlarına görə, 2053-cü ilə qədər 126 milyonluq ölkənin əhalisi 100 milyona, 2065-ci ilə qədər isə 88 milyona enəcək.
Azpost.info