Yaponiya 8 rus diplomatını ölkədən çıxarır

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar 8 rus diplomatını ölkədən çıxarır.

Azpost.info xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Yerli “Kyodo” agentliyi yazır ki, rəsmi Tokio Rusiyaya qarşı artan sanksiya təzyiqi kursuna sadiqdir və bu məsələdə G7 ölkələri ilə həmrəydir. “Bu gün Yaponiyanın baş naziri Fumio Kişida mətbuat konfransı keçirəcək. Jurnalistlər qarşısında çıxışı zamanı onun Rusiyaya qarşı məhdudiyyətlərin gücləndirildiyini elan edəcəyi gözlənilir”, – məlumatda qeyd olunur.

Azpost.info

Əvvəlki məqalə

Berlində sovet əsgərinin abidəsi təhqir edilib –

Sonrakı məqalə

Milli Məclisin komitələrinin Şuşada iclası başlanıb