Yaponiya hibrid avtomobillərin Rusiyaya ixracını qadağan edib

Yaponiya hökuməti mühərrikinin həcmi 1,9 kubsantimetrdən çox olan, hibrid mühərrikli avtomobillərin və yük avtomobilləri üçün təkərlərin Rusiyaya ixracını qadağan edib.

“Iwate Nippo” xəbər verir ki, bu barədə ticarət və sənaye naziri Yasutoşi Nişimura brifinqdə məlumat verib.

“Məhdudiyyətlər avqustun 9-da qüvvəyə minəcək”, – deyə qeyd olunub.

Nazir əlavə edib ki, Yaponiya Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərə ciddi əməl etmək üçün lazım olan hər şeyi etməyə davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.