Yaponiya ilə Rusiya sülh müqaviləsini nə vaxt imzalayacaq?- Səfir AÇIQLADI

Ukraynada münaqişə bitdikdən sonra Moskva ilə Tokio arasında sülh müqaviləsi imzalana bilər.

Azpost.info xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfiri Akira Muto bildirib.

Onun sözlərinə görə, Yaponiya hökuməti bu məsələ ilə bağlı hərəkətlənmənin hər iki tərəfdən başlayacağına ümid edir.

“Biz ümidliyik, lakin hazırda danışıqlar aparılmır. Biz Ukraynada münaqişənin aradan qaldırılmasına və ətrafımızda sülhün bərqərar olmasına qədər gözləməliyik”, – Yaponiya səfiri deyib.

Rusiya və Yaponiya arasında İkinci Dünya Müharibəsindən sonra sülh müqaviləsi yoxdur. Buna səbəb Cənubi Kuril adaları ilə bağlı davam edən mübahisədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.