Yaponiyada İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi büdcə qəbul ediləcək.
Azpost.info xəbər verir ki, “Bloomberg” ölkə parlamentinin milli müdafiə xərclərində ən böyük artımı təsdiqləməyə hazırlaşdığını yazıb.
Beləliklə, Tokio hərbi xərclərə görə dünya liderlərindən birinə çevriləcək.
Yaponiyanın hazırkı müdafiə büdcəsi təxminən 5,4 trilyon yapon yeni (39,5 milyard dollar) təşkil edir. Baş nazir Fumio Kişida hökuməti beş il ərzində bu məbləğin iki dəfə artırılmasının tərəfdarıdır. Yaponiya bu rəqəmə çata bilsə, ölkə hərbi xərclərə görə ABŞ və Çindən sonra ikinci olacaq.
“Bloomberg” yazır ki, Yaponiya hökumətinin müdafiə xərclərini artırmaq istəyi bir neçə amillə bağlıdır. Birincisi, Tokio Çin və Tayvan arasında böhran ətrafında yaranmış gərgin vəziyyətdən, həmçinin Şimali Koreyanın raket sınaqlarını artırmasından ciddi narahatdır. Bundan başqa, hökumət Yaponiya özünümüdafiə qüvvələrinin gücünü artırmaq, eləcə də hərbi qulluqçuların maaşlarını artırmaq yollarını axtarır.
Yaponiya mərhum Sindzo Abe ikinci dəfə hakimiyyətə gələndən (2012-ci il) bəri müdafiə xərclərini ardıcıl olaraq artırıb.
Azpost.info