“Yaponiya ABŞ-la Rusiya neftinin barrelini 60 dollardan yuxarı qiymətə almaq barədə razılığa gəlib”.
Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşr qeyd edir ki, Yaponiya bunu Rusiyanın enerji daşıyıcılarına olan ehtiyacı ilə izah edib.
Təhlilçilər deyirlər ki, güzəşt ölkənin yanacaq tədarükündə Rusiyadan asılılığını göstərir. Eyni zamanda, son bir ildə Yaponiya Rusiya təbii qazının alış həcmini artırıb.
Rusiya neftinin tədarükü ilə bağlı Avropa embarqosu 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. Aİ və G7 ölkələri, eləcə də Avstraliya Rusiyadan tədarük olunan yanacağın qiymət həddini 60 dollar/barel səviyyəsində müəyyən edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın neft qiymətləri ilə bağlı heç bir tavanı tanımayacağını bildirib.
Azpost.info