Yaponiya Rusiyaya bu malların tədarükünə qadağa qoydu –SİYAHI

Yaponiya Rusiyaya daşınması qadağan edilən malların siyahısını yeniləyib. İxrac məhdudiyyətləri iyunun 17-dən qüvvəyə minəcək.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib.

Qərara əsasən, ixrac məhdudiyyətlərinə məruz qalan mallar bunlardır: dəmir yolları üçün lokomotivlər və dəmir yolu xətlərinə qulluq üçün avtomobillər; buldozerlər, mexaniki ekskavatorlar, qazma maşınları və tunel ekskavatorları; buxar generatorları və qaz generatorları; qaz və vakuum nasosları, qaz kompressorları; qaldırma, daşıma, yükləmə və ya boşaltma maşınları, konveyerlər; nəqliyyat vasitələri və onların hissələri; toxuculuq maşınları, onların ehtiyat hissələri və komponentləri; ölçü və nəzarət-ölçü avadanlıqları, onlar üçün komponentlər və digər mallar.

Tokionun gördüyü tədbirlər Ukrayna ətrafında mövcud vəziyyətə reaksiyadır.

Azpost.info

Əvvəlki məqalə

“Vəziyyətdən istifadə edib cibinizi doldurmayın!” –

Sonrakı məqalə

İsa Qəmbər pensiya ilə bağlı DSMF-i məhkəməyə verdi