Yaponiya Rusiyaya daşınması qadağan edilən malların siyahısını yeniləyib. İxrac məhdudiyyətləri iyunun 17-dən qüvvəyə minəcək.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib.
Qərara əsasən, ixrac məhdudiyyətlərinə məruz qalan mallar bunlardır: dəmir yolları üçün lokomotivlər və dəmir yolu xətlərinə qulluq üçün avtomobillər; buldozerlər, mexaniki ekskavatorlar, qazma maşınları və tunel ekskavatorları; buxar generatorları və qaz generatorları; qaz və vakuum nasosları, qaz kompressorları; qaldırma, daşıma, yükləmə və ya boşaltma maşınları, konveyerlər; nəqliyyat vasitələri və onların hissələri; toxuculuq maşınları, onların ehtiyat hissələri və komponentləri; ölçü və nəzarət-ölçü avadanlıqları, onlar üçün komponentlər və digər mallar.
Tokionun gördüyü tədbirlər Ukrayna ətrafında mövcud vəziyyətə reaksiyadır.
Azpost.info
