Yaponiyada balıq hərracda 1,8 milyon dollara satılıb

Yanvarın 5-də də Tokionun Toyoşu balıq bazarında ilk hərrac zəngləri çalınıb. Topdan satış tacirlərinin nümayəndəsi bildirib ki, o, cari ildə mavi tuna balığı hərraclarının uğurla davam edəcəyinə inanır.

AZƏRTAC xəbər verir ki, ilin və yeni Reyva dövrünün ilk hərracına yerli vaxtla səhər saat 5-də start verilib.

Yaponiyanın şimalında yerləşən Aomori prefekturasında tutulmuş 276 kiloqram ağırlığında tuna balığı 193 milyon yenə (təqribən 1,8 milyon dollar) satılıb. Bu, hərracların tarixində ötən il qeydə alınan rekord məbləğdən sonra ikinci göstəricidir. Hərracların qalibi isə mənzil-qərargahı Tokionun Tsukizi rayonunda yerləşən suşi restoranlar şəbəkəsinin sahibi olub.

Həmin şəbəkənin prezidenti Kiyoşi Kimura deyib ki, qiymət çox baha olsa da o, yeni ilin və yeni Reyva dövrünün ilk hərracını qazanmaqdan məmnundur. K.Kimura əlavə edib ki, indi onun restoranları öz müştərilərinə ən yaxşı tuna balığını təklif edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir