Yaponiyada baş nazirin seçilməsi üzrə keçirilən səsvermənin ilk mərhələsi nəticəsiz başa çatıb. AzPost.az xəbər verir ki, ölkə parlamentinin yuxarı palatası ilk turda hökumət başçısını müəyyənləşdirə bilməyib.
Qanunvericiliyə əsasən, ilk turda namizədin baş nazir seçilməsi üçün deputatların yarıdan çoxunun səsini toplaması tələb olunur. Lakin bu həddə çatmaq mümkün olmayıb.
Məlumata görə, aşağı palatada daha əvvəl baş nazir seçilmiş Sanae Takaichi yuxarı palatada səsvermə zamanı tələb olunan səs sayına çata bilməyib. Onun yarıdan çox səs toplaması üçün cəmi bir səs çatmayıb.
Səsvermənin nəticələri elan edildikdən sonra ikinci turun keçirilməsi qərara alınıb. Yekun qərarın növbəti mərhələdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Yaponiyada baş nazir parlamentdə səs çoxluğu ilə seçilir və hər iki palatada aparılan prosedurlar siyasi proseslərə birbaşa təsir göstərir.