Yaponiyanın Kyuşu adasında Sakuracima vulkanı püskürməyə başlayıb. AzPost KagoshimaNews-a istinadla xəbər verir ki, püskürmə mayın 15-də səhər saat 11:15-də cənub kraterində başlayıb və nəticədə təhlükə səviyyəsi üçüncü səviyyəyə qaldırılıb, adaya giriş məhdudlaşdırılıb .
Tüstü sütunu 3 km-ə qədər hündürlüyə qalxıb və kül Kaqosima şəhərinin bir hissəsinə təsir edib. Yerli meteostansiyanın məlumatına görə, vulkanın şərqinə doğru 3 km radiusda kiçik qayaların düşəcəyi gözlənilir.
Şəhər rəsmiləri sakinləri diqqətli olmağa və xəbərdarlıqlara əməl etməyə çağırır.
Sakurajima, Kaqoşima prefekturasındakı Kyuşu adasının Osumi yarımadasında yerləşən aktiv stratovulkandır. Bu vulkan əvvəllər ayrıca bir ada idi, lakin bir əsrdən çox əvvəl püskürən lava onu yarımada ilə birləşdirib.