Yaponiyada zəlzələ: 33 ardıcıl titrəmə qeydə alınıb

zəlzələlər
zəlzələlər

Yaponiyada güclü zəlzələdən sonra ardıcıl yeraltı təkanlar qeydə alınıb. AzPost xəbərm verir ki, yerli KİV-lərin Yaponiya Meteorologiya Agentliyinə istinadən verdiyi məlumata görə, Şimane prefekturası ərazisində bir sutka ərzində 33 afterşok baş verib.

Əsas zəlzələ 6,4 bal gücündə olub və çərşənbə axşamı yerli vaxtla saat 10:18-də (Bakı vaxtı ilə 04:18) qeydə alınıb. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib. Hadisədən sonra sunami təhlükəsi elan edilməyib.

Zəlzələ nəticəsində doqquz nəfər xəsarət alıb. Onların vəziyyəti ilə bağlı əlavə məlumat dəqiqləşdirilir.

Ən güclü afterşok əsas təkanlardan təxminən 10 dəqiqə sonra, 5,1 bal gücündə qeydə alınıb. Ən zəif təkanların gücü isə 2,8 bala çatıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.