Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar viza üçün sənədlərin qəbulu prosesini müvəqqəti dayandırıb.

Azpost.info bildirir ki, bu barədə məlumatı səfirlik sosial şəbəkə hesablarında açıqlayıb.

“Regionda baş verən hadisələrlə əlaqədar olaraq, səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – məlumatda qeyd olunub.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.