Yaponiyanın keçmiş Baş nazirinə atəş açan şəxs danışdı: "Məni məyus etdi" (FOTO)

Yaponiyanın keçmiş Baş naziri Sindzo Abenin qətlində şübhəli bilinərək saxlanılan Tetsuya Yamaqami silahlı hücumla bağlı danışıb.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Yamaqami deyib ki, Sindzo Abeyə fəaliyyəti onu məyus etdiyi üçün atəş açıb.

Yaponiya Hərbi Dəniz Qüvvələri veteranı, 41 yaşlı T.Yamaqami odlu silahla adam öldürməyə cəhddə şübhəli bilinərək hadisə yerində həbs edilib.

Şahidlərin dediyinə görə, Abe nitqinə başlamağa hazırlaşarkən Yamaqami ona arxadan yaxınlaşaraq iki atəş açıb. İkinci güllə keçmiş Baş nazirə dəyib. Abenin mühafizəçilərindən bir neçəsi Yamaqamini tutub, digərləri isə vertolyotla xəstəxanaya aparılmazdan əvvəl siyasətçiyə ilkin tibbi yardım göstərməyə çalışıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.