Azərbaycanda torpaq sahələrinin növbəti hərracı elan edilib. AzPost xəbər verir ki, bu dəfə hərraca çıxarılan torpaq sahələri arasında Yardımlı rayonu da yer alır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) məlumatına görə, iyulun 2-də keçiriləcək hərraclar Ucar, Beyləqan və Cəlilabad ərazi şöbələrində baş tutacaq. Hərraca çıxarılan 12 torpaq sahəsindən biri Yardımlı rayonunun Kürəkçi kəndində – Şəfəqli Bələdiyyəsinin balansında olan ərazidir.
Sözügedən sahə 4 min altı yüz kvadratmetr olmaqla, 20 illik icarəyə təklif olunur. İcarə başlanğıc qiyməti hər kvadratmetr üçün 0.99 manat, ümumi illik məbləğ isə 46 manat müəyyən edilib.
Hərracda iştirak etmək istəyənlər iyulun 1-dək Cəlilabad ərazi şöbəsinə müraciət etməlidirlər. Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti. Əlavə məlumat üçün əlaqə nömrəsi: 151 – daxili 5 50 03.
Əlavə olaraq, digər torpaq sahələri də müxtəlif bələdiyyələr tərəfindən satışa və ya icarəyə çıxarılıb. Maraqlananlar ƏMDX-nin rəsmi saytından bütün detallar ilə tanış ola bilərlər.