Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yardımlıda qohum və erkən nikahlara qarşı mübarizə çərçivəsində tədbir keçirilib –

User 19 Avqust 2024 - 21:30 (Last updated: 21 May 2025 - 20:15)
yar01

Din və Qadın Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən və qohumlar arasında nikahların qarşısının alınması”adlı layihənin icrasını davam etdirir.

4 ay müddətində Astara, Cəlilabad, Yardımlı, Biləsuvar, Masallı və Lənkəran rayonlarında həyata keçiriləcək layihənin məqsədi cənub bölgəsində erkən və qohumlar arasında bağlanan nikah problemlərinin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin təşkil edilməsi ilə problemin ictimailəşdirilməsidir.

Hər rayonda keçirilməsi nəzərdə tutulan tədbirdə 20 nəfər olmaqla, ümumilikdə 120 nəfərin iştirakı planlaşdırılır.

Layihə çərçivəsində problemin ictimailəşdirilməsi üçün 6 Dəyirmi Masa və maarifləndirici seminar-treninq keçiriləcək. Tədbirlərdə hədəf qrupu və onların yaxınları, yerli icra hakimiyyəti, bələdiyyələr, dini icmaların nümayəndələri, təhsil işçiləri, hüquq-mühafizə və digər müvafiq dövlət orqanları, QHT və KİV nümayəndələri iştirak edəcək.

Tədbir əsnasında Ailə Məcəlləsindən, “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”dan, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarından ümumi məlumat veriləcəkdir. Qanunun işləmə mexanizmləri barədə məlumat veriləcək, müxtəlif qurumların qanunun işləməsi üçün birgə fəaliyyəti və s. müzakirə ediləcək.

İştirakçılar erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, onların aradan qaldırılması üçün qəbul edilən sənədlərdə cəza tədbirləri barədə maarifləndiriləcəklər. Erkən nikah problemini yaradan səbəblər müzakirə olunacaq və problemin həlli üçün müxtəlif təkliflər səsləndiriləcək. Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştiraka görə qanunla müəyyən olunmuş cəzalar barədə, qohumlar arasında nigahın fəsadları haqda məlumatlar veriləcək, fikir mübadiləsi aparılacaq. Problemin mövcud olması və aradan qaldırılması üçün məsuliyyət daşıyan qurumların problemin həlli üçün birgə fəaliyyəti müzakirə ediləcək. İştirakşıların rəy və təklifləri toplanacaq.

Layihə çərçivəsində növbəti tədbir avqustun 7-də 22 nəfərin iştirakı ilə Yardımlı rayonunda keçirilib. Yardımlı RİH Başçısının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi baş məsləhətçisi Əhəd Bağırovun və cəmiyyətin müxtəlif təbəqəsini təmsil edən insanların iştirak etdiyi tədbirdə müzakirələr daha canlı keçdi.

İştirakçılar qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər haqqında məlumatlandırılıblar.

Həmçinin, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə də tanış olublar.

Bununla yanaşı, qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Bütün bu məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və qızğın müzakirəyə səbəb olub.

Kiçik qruplarda iş və təqdimat həyata keçirilib.

Sonda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil edilib və mövzu ilə bağlı söhbətlər aparılıb.

Post navigation

Previous: Hindistan Rusiya və Ukrayna arasında vasitəçi olmaqdan imtina edib
Next: Britaniyalı milyarder İtaliyada batan yaxtada itkin düşüb

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.